İranın Azərbaycandakı səfirliyi Azərbaycan dövlətini və xalqını 2022-ci ilin başlaması münasibətilə təbrik edib.
Bizim.Media xəbər verir ki, səfirliyin rəsmi Tviter hesabında edilən paylaşımda deyilir:
“İran İslam Respublikasının səfirliyi 2022-ci ilin başlanğıcı münasibətilə dost və qardaş ölkə Azərbaycan Respublikasının dövləti və xalqına təbrik deyib, gözəl və bərəkətli bir il arzu edir. Böyük və xüsusi təbriklərimiz böyük, ortaq və qədim bayramımız - 21 mart, Novruza qalsın”.
Bizim.Media
