Dekabrın 17-dən Yeni il proqramlarına start verən Bakı Dövlət Sirki hər il olduğu kimi bu il də balacaların görüşünə maraqlı proqramlarla gəlib.
Bakı Dövlət Sirkinin mətbuat katibi Gülşanə Mustafayeva Bizim.Media-ya açıqlamasında yeni il proqramlarının bayram günlərində də baş tutacağını bildirib:
“Yeni il Macərası: Ulduzlar Meydanı” adlı bayram proqramımız dekabrın 17-dən artıq başlayıb və bayram günlərini də əhatə etməklə yanvar ayının 9-na qədər davam edəcək. Proqram həftənin 3 günü cümə, şənbə və bazar günləri 2 seans olmaqla uşaqlara göstəriləcək”.
Qeyd edək ki, sirkin bayram proqramlarını yaxından görmək istəyənlər biletləri “İticket.az” saytından online şəkildə əldə edə bilərlər.
Səkinə Yusibli, Bizim.Media