Zəngəzur dəhlizini KİM VƏ NƏ VAXT inşa edəcək? – DETALLAR 

Rusiya, Ermənistan və Azərbaycan üçtərəfli işçi qrupu çərçivəsində birgə infrastruktur layihələrinin icrasına başlamaq üçün parametrləri yekunlaşdırır. 

Bunu “Ria Novosti”yə müsahibəsində Rusiya Xarici işlər nazirinin müavini Andrey Rudenko deyib.

Kreml rəsmisinin bu açıqlaması isə müəyyən suallar doğurub.
 

MÖVZU İLƏ BAĞLI:

İranın Zəngəzurda konsulluq açmaq planının PƏRDƏARXASI 


1. Birgə infrastruktur layihələri dedikdə, sırf hansı layihələrdən söhbət gedir?

2. Rusiya regional infrasturktur layihələrində aktiv formada iştirak edəcəyinə işarə edir?

Qeyd olunan sualları Bizim.Media üçün cavablandıran politoloq İlqar Vəlizadə nəzərdə tutulan ilk layihə kimi Zəngəzurdan keçəcək dəmir yolunu ön plana çıxarıb:

“Yəqin ki, infrasturktur layihələri dedikdə ilk növbədə kommunikasiya xətləri nəzərdə tutulub. İlk öncə Şərqi Zəngəzuru Naxçıvanla birləşdirəcək dəmir yolu xəttindən söhbət gedir. Dəmir yolunun Ermənistandan keçəcək hissəsi və ümumilikdə Ermənistan dəmir yolları Rusiyaya məxsusdur. Əgər həmin hissədə razılaşdırılmış layihə üzrə tikinti işləri aparılacaqsa, bunu Rusiya öz üzərinə götürəcək.

Digər tərəfdən, dəmir yolunun Ermənistan ərazisindən keçəcəyini nəzərə alsaq, erməni şirkətləri, mütəxəssisləri bu və ya digər formada layihələrin reallaşmasında iştirak edə bilərlər.

Həmin xəttin sonda Azərbaycanın ərazisində inşa olunan dəmir yoluna birləşdiriləcəyi də məlumdur. Bu isə, istənilən halda layihənin birgə investisiya layihəsi olduğu anlamına gəlir”.

Politoloq ikinci layihə kimi, avtomobil yollarının bərpası məsələsini qeyd edib:

“Digər layihələrdən söhbət getdikdə avtomobil yollarını da diqqətdə saxlamaq vacibdir. Yolların salınmasında rus şirkətlərinin iştirakı da mümkün variantdır. Çünki Ermənistanda bu sahədə kifayət qədər təcrübəli mütəxəssislər yoxdur. Ermənistan yol infrastrukturunun bərbad vəziyyəti də və yarımçıq qalan layihələri buna örnəkdir. İrandan transit daşınmalarını həyata keçirmək üçün ortaya atılan yol layihəsi də bunu isbat edir. Bu amil Rusiya şirkətlərinin işlərdə iştirakı ehtimalını xeyli artırır”.

İlqar Vəlizadə, iqtisadi əlaqələr inkişaf edərsə, digər layihələrin reallaşmasını da istisna etməyib. Politoloq, həmçinin layihələndirmə işlərinin başa çatdığının çoxdan məlum olduğunu da diqqətə çatdırıb:

“Əslində layihələndirmə işləri çoxdandır ki gedir və böyük ehtimalla artıq yekunlaşdırılıb. Məsələ ilə bağlı açıqlama isə, üçtərəfli danışıqların nəticəsində verilməli idi. Lakin bu baş vermədi. Layihələndirmə nəticəsində smeta da müəyyən olunub. Ermənistan tərəfinin açıqlamasına görə 200 milyon dollardır. Əgər layihələndirmə işləri getmirsə, 200 milyon söhbəti hardandır? Layihələndirmə aparılmalı idi ki, smeta ərsəyə gəlsin”.

Gələn ildən tikinti işləri başlayacaq…

“Layihələndirmə başa çatdıqdan sonra isə, məntiqi olaraq tikintiyə start verilməlidir. Heç şübhəm yoxdur ki, gələn ildən tikinti işləri başlayacaq. Artıq Ermənistan siyasi rəhbərliyinin açıqlamalarından İrəvanın əhalini buna hazırlaşdırdığı aydın şəkildə sezilir”, deyə politoloq qeyd edib.

İlqar Vəlizadə, son olaraq Rusiyanın kommunikasiyaların açılmasında maraqlı olduğunu göstərən və çox vaxt diqqətdən kənarda qalan mühüm bir səbəbi də açıqlayıb:

“Təbii ki, layihələrin tez bir vaxtda yekunlaşdırılması Rusiyanın maraqlarına cavab verir. Xüsusilə də, Zəngəzur dağ-mədən kombinatını qeyd etmək vacibdir. Çünki kombinat Rusiyaya məxsusdur və Moskvanın investisiyalarının fayda gətirməsi, daşınmaların təmin edilməsi üçün kommunikasiyalar vacibdir”.

Murad Əhmədov, Bizim.Media    

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zaqatalada dəhşətli QƏZA: Ölən və yaralılar var

Zaqatalada dəhşətli QƏZA: Ölən və yaralılar var

“Qarabağ” uşaqlara da biletləri pulsuz etdi

“Qarabağ” uşaqlara da biletləri pulsuz etdi

“O halda görüşməyə utanırdı” - Video

“O halda görüşməyə utanırdı” - Video

Musiqi dinləməyin 4 faydası

Musiqi dinləməyin 4 faydası

Nahardan sonra niyə adamı yuxu basır? – SƏBƏBİ bəlli oldu

Nahardan sonra niyə adamı yuxu basır? – SƏBƏBİ bəlli oldu

Masazırda günlərdir niyə su yoxdur? - Açıqlama

Masazırda günlərdir niyə su yoxdur? - Açıqlama

“Mən bu cahana sığmazam...” - Video

“Mən bu cahana sığmazam...” - Video

"Ən böyük xoşbəxtlik budur"

"Ən böyük xoşbəxtlik budur"

Su qızdırıcılarının təmizlənməsində təbii dövr: Kimyəvi maddələrlə vidalaşın

Su qızdırıcılarının təmizlənməsində təbii dövr: Kimyəvi maddələrlə vidalaşın

Hindistan Azərbaycana TƏŞƏKKÜR ETDİ

Hindistan Azərbaycana TƏŞƏKKÜR ETDİ

Ulu öndəri 29 il əvvəl ABŞ-da DUYĞULANDIRAN ANLAR: Heydər Əliyevin səfərindən TARİXİ KADRLAR - VİDEO

Ulu öndəri 29 il əvvəl ABŞ-da DUYĞULANDIRAN ANLAR: Heydər Əliyevin səfərindən TARİXİ KADRLAR - VİDEO

Bu ayda iş vaxtı norması azalacaq

Bu ayda iş vaxtı norması azalacaq

Şorbanın bilinməyən ziyanlı TƏRƏFLƏRİ

Şorbanın bilinməyən ziyanlı TƏRƏFLƏRİ

Kəmaləddin Heydərov vida mərasimində - Fotolar

Kəmaləddin Heydərov vida mərasimində - Fotolar

Azərbaycan pambıq ixracından qazancını kəskin ARTIRIB

Azərbaycan pambıq ixracından qazancını kəskin ARTIRIB

DYP-dən ÇAĞIRIŞ: Bu yollarda intensiv hərəkət müşahidə olunur - FOTO

DYP-dən ÇAĞIRIŞ: Bu yollarda intensiv hərəkət müşahidə olunur - FOTO

Şəmkirdə DƏHŞƏT: 33 yaşlı kişi anasını qətlə yetirdi, sonra özünü yandırdı

Şəmkirdə DƏHŞƏT: 33 yaşlı kişi anasını qətlə yetirdi, sonra özünü yandırdı

İllər sonra səhnəyə qayıdır - Fotolar

İllər sonra səhnəyə qayıdır - Fotolar

Tofiq Musayevin UFC-də növbəti döyüşü bu tarixdə ola bilər

Tofiq Musayevin UFC-də növbəti döyüşü bu tarixdə ola bilər

Varlılar öz pullarını necə idarə edirlər? - Dünya və Azərbaycan TƏCRÜBƏSİ

Varlılar öz pullarını necə idarə edirlər? - Dünya və Azərbaycan TƏCRÜBƏSİ

Ucardakı ağır qəzada xəsarət alan qadının SON DURUMU

Ucardakı ağır qəzada xəsarət alan qadının SON DURUMU

Gəncə Şəhər Psixiatriya Xəstəxanasına baş həkim TƏYİN EDİLDİ

Gəncə Şəhər Psixiatriya Xəstəxanasına baş həkim TƏYİN EDİLDİ

Hər gün bu meyvələrdən yeyilməlidir

Hər gün bu meyvələrdən yeyilməlidir

"Bitcoin"in qiyməti rekord dərəcəyə yaxınlaşır

"Bitcoin"in qiyməti rekord dərəcəyə yaxınlaşır

End of content

No more pages to load

RADİO