Cari ilin yanvar-noyabr aylarında “Azexport.az” portalına 435,3 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.
Bizim.Media İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın dekabr sayına istinadla bildirir ki, bu ilin noyabr ayında “Azexport.az” portalına daxil olan ixrac sifarişlərinin dəyəri isə 36,6 milyon ABŞ dolları təşkil edib.
Noyabrda “Azexport.az” portalına ən çox ixrac sifarişi pambıq yağı, tibbi zəli, tənzif, nar şirəsi, tütün, fındıq ləpəsi, xurma, mühərik yağı, meyvə şirəsi və sair mallar daxil olub.
Məlumat üçün bildirək ki, 2017-ci ilin yanvarından 2021-ci ilin noyabrına kimi (59 ay ərzində) “Azexport.az” portalına dünyanın 145 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 2,66 milyard ABŞ dolları təşkil edib.
Bizim.Media