Bu gün İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsi müzakirə edilib.
Bizim.Media xəbər verir ki, telekanalın yayım şurasında 3 nəfərin səlahiyyəti bitdiyi üçün onların yerinə yeni namizədlər seçilib.
Səsverməyə görə Vüqar Eldar oğlu Zeynalov, Azər Ruslan oğlu Əliyev və Sevil Yusif qızı Şərifova İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının yeni üzvləridir.
Vüsalə Balayeva, Bizim.Media