"Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Qarabağda və ətraf rayonlarda seysmoloji tədqiqatların aparılmasını təmin etmək üçün iş planına 2021-2025-ci illərdə işğaldan azad olunmuş ərazilərimizdə 10 seysmik stansiyanın quraşdırılması məsələsi daxil edilib".
Bizim.Media xəbər verir ki, bunu RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli jurnalistlərə açıqlamasında deyib.
Həmin stansiyaların hazırda mövcud olan mina təhlükəsi aradan qaldırıldıqdan sonra quraşdırılması nəzərdə tutulur.
Bizim.Media