Azərbaycanın 2021-ci ildə qonşu dövlətlərlə MÜNASİBƏTLƏRİ – Görüşlər, üçtərəfli əməkdaşlıq formatları...

Azərbaycan Respublikası üçün qonşularının hər biri ilə dostluq münasibətlərinin saxlanılması və qarşılıqlı maraqlar əsasında inkişaf etdirilməsi xarici siyasətimizin prioriteti olaraq qalmışdır. İl ərzində Türkiyə, Rusiya, İran, Gürcüstan, Qazaxıstan və Türkmənistan ilə ali və yüksək səviyyədə təmaslar davam etmiş və münasibətlərin məzmunu bir çox hallarda konkret əməkdaşlıq layihələri ilə daha da zənginləşdirilib.

Bizim.Media-nın xəbərinə görə, bu, XİN-in 2021-ci ilin yekunlarına dair mətbuat buraxılışında əksini tapıb. 

Qeyd edilib ki, Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə səfərləri (15-16 iyun və 26 oktyabr 2021-ci il), işğaldan azad olunmuş ərazilərimizi ziyarət etməsi, Azərbaycan və Türkiyə Prezidentlərinin iki ölkə arasında müttəfiqlik münasibətləri barədə Şuşa Bəyannaməsi imzalaması əlamətdar hadisə olmuşdur.

Bundan əlavə, il ərzində hər iki dövlətin baş nazirləri, parlament sədrləri, xarici işlər nazirləri, müdafiə nazirləri və digər hökumət rəsmiləri səviyyəsində görüşlər təşkil olunmuş və qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlıq həyata keçirilib.

2021-ci ildə də Rusiya Federasiyası ilə əməkdaşlığımızın məzmunu kifayət qədər zəngin olub.

Rusiya Prezidentinin vasitəçiliyi ilə Azərbaycan Prezidenti və Ermənistan Baş nazirinin 11 yanvar 2021-ci ildə Moskvada və 26 noyabr 2021-ci ildə isə Soçidə üçtərəfli görüşləri keçirilmişdir. İl ərzində Rusiya Federasiyasının Baş nazirinin müavini və xarici işlər naziri ölkəmizə səfər edib.

Azərbaycan-Rusiya Birgə Demarkasiya Komissiyasının iclasları və iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının 19-cu iclası baş tutub.
İran İslam Respublikası ilə dostluq və mehriban qonşuluq əlaqələrinin yüksək səviyyədə saxlanması üçün səylər göstərilib. 

27-28 noyabr 2021-ci ildə Aşqabad şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 15-ci Zirvə Görüşü çərçivəsində Azərbaycan və İran Prezidentləri arasında baş tutmuş görüş ikitərəfli münasibətlərin inkişafına təkan verib.

Görüş çərçivəsində iki ölkə prezidentlərinin iştirakı ilə "İran İslam Respublikasının ərazisindən təbii qazın tranzit şərtlərini müəyyənləşdirən Saziş" imzalanıb. İl ərzində Azərbaycan və İran xarici işlər nazirləri arasında görüşlər təşkil olunmuşdur. 22 dekabr 2021-ci il tarixində İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian Azərbaycana ilk rəsmi səfərini edib.

Gürcüstan ilə dostluq və əməkdaşlıq gündəliyi kifayət qədər geniş olmaqla sabit əsasda inkişaf edib, hər iki dövlət rəsmilərinin, o cümlədən Gürcüstan Baş naziri İrakli Qaribaşvilinin ölkəmizə, Azərbaycan Respublikasının müdafiə və mədəniyyət nazirlərinin Gürcüstana  səfərləri baş tutub. Gürcüstan Baş naziri iştirakı ilə 29 sentyabr 2021-ci il tarixində Bakıda Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası keçirilib.

Qazaxıstan ilə münasibətlərimiz qarşılıqlı hörmət və dostluq ruhunda davam etmiş, 21 iyun 2021-ci ildə Qazaxıstan  Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Muxtar Tleuberdi ölkəmizə səfər etmişdir.

Eyni zamanda, Qazaxıstanın ticarət və inteqrasiya naziri Bakıt Soltanov 9 sentyabr 2021-ci ildə Bakıda keçirilmiş Birgə Hökumətlərarası Komissiyanın 17-ci iclasında iştirak etmişdir.

2021-ci ildə Türkmənistan ilə qarşılıqlı hörmət və dostluq ruhunda münasibətlərimiz davam etmişdir.
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkmənistana səfər etmiş və səfər çərçivəsində 21 yanvar 2021-ci ildə “Azərbaycan Respublikası Hökuməti və Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının hidrogen resurslarının birgə kəşfiyyatı və işlənməsi və mənimsənilməsi üzrə Anlaşma Memorandumu” imzalanmışdır.

İqtisadi Əməkdaşlıq Təşkilatının 15-ci Zirvə Görüşü çərçivəsində Azərbaycan və Türkmənistan dövlət başçıları arasında Aşqabad şəhərində baş tutmuş görüş ikitərəfli münasibətlərin inkişafına təkan vermişdir.

2021-ci ildə üçtərəfli əməkdaşlıq formatları çərçivəsində əməkdaşlıq davam etdirilmişdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Məşhurlar Röyanın villasında QONAQ OLDULAR - FOTO

Məşhurlar Röyanın villasında QONAQ OLDULAR - FOTO

Abşeronda qanunsuz aparılan tikinti işlərinin qarşısı alındı - FOTO

Abşeronda qanunsuz aparılan tikinti işlərinin qarşısı alındı - FOTO

Sürücülərin DİQQƏTİNƏ: Bu yolda sürət həddi endirildi

Sürücülərin DİQQƏTİNƏ: Bu yolda sürət həddi endirildi

Misli Premyer Liqasında 6 oyunun HAKİMLƏRİ

Misli Premyer Liqasında 6 oyunun HAKİMLƏRİ

Ağcabədidəki qəzada xəsarət alanların SON VƏZİYYƏTİ

Ağcabədidəki qəzada xəsarət alanların SON VƏZİYYƏTİ

Türk iş adamı salyanlı ortağına 600 min manat ziyan vurdu - DETALLAR/VİDEO

Türk iş adamı salyanlı ortağına 600 min manat ziyan vurdu - DETALLAR/VİDEO

Bu gündən aeroport yolu BAĞLANIR

Bu gündən aeroport yolu BAĞLANIR

“Rusiya Ukrayna ilə razılaşmaq istəyir və Zelenski artıq qərar verməlidir” - Tramp

“Rusiya Ukrayna ilə razılaşmaq istəyir və Zelenski artıq qərar verməlidir” - Tramp

"Gənclik Mall"ın ətrafı tam dəyişəcək - AÇIQLAMA

"Gənclik Mall"ın ətrafı tam dəyişəcək - AÇIQLAMA

Prezident: “İlk dəfədir ki, bu tədbirdə sülhü əldə etmiş dövlət başçısı kimi iştirak edirəm” - VİDEO

Prezident: “İlk dəfədir ki, bu tədbirdə sülhü əldə etmiş dövlət başçısı kimi iştirak edirəm” - VİDEO

"Barselona" Avropa Klublar Assosiasiyasına QAYITDI

"Barselona" Avropa Klublar Assosiasiyasına QAYITDI

Ağcabədidə zəncirvari qəza olub, ölən və yaralılar var - FOTO

Ağcabədidə zəncirvari qəza olub, ölən və yaralılar var - FOTO

Nadir 55 yaşını QEYD ETDİ: “Ruhən cavanam, enerjiliyəm” - VİDEO

Nadir 55 yaşını QEYD ETDİ: “Ruhən cavanam, enerjiliyəm” - VİDEO

İlham Əliyev: “Biz artıq uzun müddətdir ki, dəhlizlərin yaradılmasının təşəbbüskarıyıq” - VİDEO

İlham Əliyev: “Biz artıq uzun müddətdir ki, dəhlizlərin yaradılmasının təşəbbüskarıyıq” - VİDEO

İngiltərədə yanvarın ƏN YAXŞI məşqçisi seçildi

İngiltərədə yanvarın ƏN YAXŞI məşqçisi seçildi

Prezident: “Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir”

Prezident: “Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir”

Prezident şərti AÇIQLADI: Bu halda sülh müqaviləsi imzalanacaq - VİDEO

Prezident şərti AÇIQLADI: Bu halda sülh müqaviləsi imzalanacaq - VİDEO

İlham Əliyev: “Yeni dünya nizamı “kim güclüdür, o da haqlıdır” anlamına gəlməməlidir” - VİDEO

İlham Əliyev: “Yeni dünya nizamı “kim güclüdür, o da haqlıdır” anlamına gəlməməlidir” - VİDEO

Ceyhun Bayramov Münxendə Tramp Marşrutu layihəsinin əhəmiyyətindən DANIŞDI

Ceyhun Bayramov Münxendə Tramp Marşrutu layihəsinin əhəmiyyətindən DANIŞDI

Prezident Münxendə yerli televiziya kanallarına müsahibə verdi - YENİLƏNİB/VİDEO

Prezident Münxendə yerli televiziya kanallarına müsahibə verdi - YENİLƏNİB/VİDEO

Ofelya Şabanovadan iddialara CAVAB: “16 yaşında uşaq ailə dağıda bilər?”- VİDEO

Ofelya Şabanovadan iddialara CAVAB: “16 yaşında uşaq ailə dağıda bilər?”- VİDEO

İlham Əliyev Münxendə “Oracle” korporasiyasının baş icraçı direktoru ilə görüşüb

İlham Əliyev Münxendə “Oracle” korporasiyasının baş icraçı direktoru ilə görüşüb

Ceyhun Bayramov Münxendə panel müzakirələrində ÇIXIŞ EDİB - FOTO

Ceyhun Bayramov Münxendə panel müzakirələrində ÇIXIŞ EDİB - FOTO

“Milan”dan Luka Modriç QƏRARI

“Milan”dan Luka Modriç QƏRARI

End of content

No more pages to load

RADİO