“Baktelecom” MMC internet xidməti dayanan istifadəçilər üçün yeni funksiya istifadəyə verib.
MMC-dən Bizim.Media-ya bildirilib ki, xidmətlərdən istifadəyə görə hər ayın 1-dən 5-nə qədər ödəniş etməyi unudan istifadəçiləri, brauzerdə açılan yeni bildiriş səhifəsi məlumatlandıracaq.
Belə ki, internet xidmətinin bağlanmasına baxmayaraq həmin səhifədə yer alan linklər üzərindən servisi bərpa etmək mümkün olacaq.
Bizim.Media