Vergi ödəyiciləri bunu etməsələr, məsuliyyət daşıyacaqlar - Vergi Məcəlləsində DƏYİŞİKLİK

Azərbaycanda vergi ödəyicisinin tələb olunan məlumatları təqdim etməməsinə görə müvafiq məsuliyyət tədbirlərinin görülməsi nəzərdə tutulur.

Bizim.Media İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, Vergi Məcəlləsinə edilmiş dəyişikliklərdə öz əksini tapıb.

Belə ki, dəyişikliklərdən biri ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyicilərinin mənfəət (gəlir) bəyannaməsi ilə eyni gündə vergi ili üzrə kreditor və debitor borcları barədə məlumatları, habelə vergi orqanının tələbi ilə orta və iri sahibkarlıq subyektlərinin maliyyə hesabatlarını vergi orqanına təqdim etməsi ilə bağlıdır.

Məlumatlar İqtisadiyyat Nazirliyinin təsdiq etdiyi forma əsasında təqdim ediləcək.

Dəyişiklik vergi ödəyicisi mənfəət (gəlir) vergisinin bəyannaməsini təqdim etdikdən sonra həmin bəyannamə üzrə kameral vergi yoxlamasının daha effektiv həyata keçirilməsi və vergi nəzarətinin təkmilləşdirilməsi, ödəyicinin fəaliyyəti ilə bağlı məlumat bazasının genişləndirilməsi və vergi orqanının vergilərin hesablanmasında istifadə olunan məlumatları daha çevik əldə etməsi məqsədi daşıyır.

Belə ki, vergi ödəyicisinin debitor və kreditor borcları onun digər şəxslərlə həyata keçirdiyi ticarət əməliyyatları üzrə aparılan hesablaşmaların qalıqlarını müəyyən edir.

Vergi orqanının debitor borclar barədə adlı siyahı üzrə məlumatları əldə etməsi vergi ödəyicisinin apardığı əməliyyatlar üzrə gələcək dövrdə əldə ediləcək pul vəsaitlərinin, habelə vergi ödəyicisinin gəlirlərinin, o cümlədən ƏDV ödəyiciləri üzrə ƏDV öhdəliyinin müəyyənləşdirilməsində mühüm inzibatçılıq aləti kimi çıxış edəcək.
Bununla da vergi orqanı ilə vergi ödəyiciləri arasında ortaya çıxan mübahisəli halların qarşısının alınmasında mühüm əhəmiyyət daşıyacaq.

Bir sıra hallarda vergi ödəyiciləri “Nağdsız hesablaşmalar haqqında” qanunun tələblərini pozmaqla alınmış mal, iş və xidmətlərin dəyərini nağd qaydada ödəyir, lakin uçotda həmin məbləği kreditor borc kimi əks etdirirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakı-Quba yolunda piyadanı maşın VURDU

Bakı-Quba yolunda piyadanı maşın VURDU

Anım Günü ilə bağlı təşkil edilmiş tibbi-sosial aksiya - FOTO

Anım Günü ilə bağlı təşkil edilmiş tibbi-sosial aksiya - FOTO

Krivatsyukun komandası XAL İTİRDİ

Krivatsyukun komandası XAL İTİRDİ

Günün ən “yuxulu saatları” AÇIQLANDI

Günün ən “yuxulu saatları” AÇIQLANDI

“Avropada Rusiyaya qarşı müharibəyə hazırlaşanlar var” - Lavrov

“Avropada Rusiyaya qarşı müharibəyə hazırlaşanlar var” - Lavrov

Premyer Liqa klubunda yeni BAŞ MƏŞQÇİ

Premyer Liqa klubunda yeni BAŞ MƏŞQÇİ

Qızıl bahalaşmaqda davam edir – SON VƏZİYYƏT/VİDEO

Qızıl bahalaşmaqda davam edir – SON VƏZİYYƏT/VİDEO

Lavrov: “Ukraynanın 2022-ci il sərhədlərinə qayıdacağına ümid etmək “siyasi korluqdur”” - VİDEO

Lavrov: “Ukraynanın 2022-ci il sərhədlərinə qayıdacağına ümid etmək “siyasi korluqdur”” - VİDEO

“Mançester Yunayted” yenə məğlub oldu - VİDEO

“Mançester Yunayted” yenə məğlub oldu - VİDEO

Duz qəbulunu azaltmaq qan təzyiqini dərmansız da salır - ARAŞDIRMA

Duz qəbulunu azaltmaq qan təzyiqini dərmansız da salır - ARAŞDIRMA

Hülya Koçyiğit Hərbi Memorial Məzarlığı ziyarət etdi - VİDEO

Hülya Koçyiğit Hərbi Memorial Məzarlığı ziyarət etdi - VİDEO

“Rusiya heç vaxt öz PUA və ya raketlərini Aİ və NATO dövlətlərinə yönəltmir” - VİDEO

“Rusiya heç vaxt öz PUA və ya raketlərini Aİ və NATO dövlətlərinə yönəltmir” - VİDEO

Hacıqabulda avtomobil aşıb, beş nəfər xəsarət alıb

Hacıqabulda avtomobil aşıb, beş nəfər xəsarət alıb

“Neftçi” – “Karvan Yevlax” oyununda hesab açılmadı - VİDEO

“Neftçi” – “Karvan Yevlax” oyununda hesab açılmadı - VİDEO

Şəkidə 65 yaşlı kişinin ölümü ilə bağlı TƏFƏRRÜATLAR

Şəkidə 65 yaşlı kişinin ölümü ilə bağlı TƏFƏRRÜATLAR

Lavrov: “Mertsin məqsədi Almaniyanı yenidən Avropanın əsas hərbi maşınına çevirmək” - VİDEO

Lavrov: “Mertsin məqsədi Almaniyanı yenidən Avropanın əsas hərbi maşınına çevirmək” - VİDEO

FİFA 7 oyunçunu futboldan KƏNARLAŞDIRDI

FİFA 7 oyunçunu futboldan KƏNARLAŞDIRDI

“Türkiyənin mövqeyinə hörmətlə yanaşırıq” - Lavrovdan Rusiya qazından imtina tələbinə CAVAB

“Türkiyənin mövqeyinə hörmətlə yanaşırıq” - Lavrovdan Rusiya qazından imtina tələbinə CAVAB

Gürcüstanda azərbaycanlıların yaşadığı kəndləri su basdı - VİDEO

Gürcüstanda azərbaycanlıların yaşadığı kəndləri su basdı - VİDEO

Fərid Əsgərov generalı İŞDƏN ÇIXARDI

Fərid Əsgərov generalı İŞDƏN ÇIXARDI

“Qeyri-qanuni sanksiyalar Qərb diplomatiyasının alətinə çevrilib” - Lavrov

“Qeyri-qanuni sanksiyalar Qərb diplomatiyasının alətinə çevrilib” - Lavrov

Prezidentin Nilayla görüşündə DUYĞULU ANLAR - VİDEO

Prezidentin Nilayla görüşündə DUYĞULU ANLAR - VİDEO

"Atletiko" böyük hesabla "Real"a QALİB GƏLDİ

"Atletiko" böyük hesabla "Real"a QALİB GƏLDİ

Çili senatorları Şuşa və Xankəndi şəhərlərində olublar - FOTO

Çili senatorları Şuşa və Xankəndi şəhərlərində olublar - FOTO

End of content

No more pages to load

RADİO