Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Məlumat Hesablama Mərkəzi (MHM) nazirliyə məxsus “AzInTelecom” MMC-yə birləşdirilib.
Bizim.Media xəbər verir ki, bu barədə RİNN məlumat yayıb.
Məlumatda deyilir ki, bununla əlaqədar “AzInTelecom” yenidən təşkil ediləcək və burada qabaqcıl təcrübəyə əsaslanaraq idarəetmədə korporativ standartlar tətbiq olunacaq.
“AzInTelecom”un yenidən təşkili ilə Data mərkəzində həyata keçiriləcək yeniliklər sayəsində Böyük həcmli məlumatlar (Big data) kimi təşəbbüslərin tətbiqində uğurlar qazanılması, habelə “Ağıllı şəhər (Smart City)” və “Ağıllı kənd (Smart Village)” konsepsiyasının sürətli icrası mümkün olacaq.
Yeni yanaşma rəqəmsal imza sertifikatının da inkişaf etdirilməsinə şərait yaradır.
Biometrik autentifikasiya və bulud texnologiyalarını özündə birləşdirən elektron imza konsepsiyası ilə vətəndaşlara operativ və daha əlçatan rəqəmsal imza xidməti göstəriləcək.
Bizim.Media