Türkiyə və Ermənistanın xüsusi nümayəndələrinin ilk görüşü Moskvada keçiriləcək.
Bizim.Media xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilin yekunlarına dair mətbuat konfransında deyib.
Nazir bildirib ki, Türkiyə ilə Ermənistan arasında birbaşa təmas qurmaq üçün yol xəritəsi hazırlanmalıdır.
O, bu çərçivədə Azərbaycanla təmasın da böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Bizim.Media