Moskva Vilayət Məhkəməsi 2019-cu ilin yayında “QRU”nun xüsusi təyinatlılarının keçmiş əsgəri Nikita Belyankinin qətli ilə bağlı cinayət işi üzrə doqquz müttəhimə hökm oxuyub.
Bizim.Media xəbər verir ki, TASS müxbirinin məhkəmə zalından aydınlaşdırdığı kimi, maksimum müddəti - 20 il həbsi Belyankini bıçaqlayaraq öldürən Sergey Xocoyan alıb.
“Xocoyan cinayəti törətməkdə təqsirli bilinib və ona 20 il müddətinə ciddi rejimli koloniyada həbs cəzası təyin edilib”, – hökmdə deyilir.
Məhkəmənin müəyyən etdiyi kimi, qətl zamanı Belyankini saxlayan, həmçinin iki reanimatoloqun döyülməsində “fəal iştirak edən” Hamlet və Qrant Ayrapetyan qardaşları müvafiq olaraq 17 və 18 il müddətinə (ciddi rejimli koloniyada olmaq şərtilə) həbs cəzası alıblar.
Bizim.Media