Azərbaycanın Xalq artisti Niyaməddin Musayev ATV kanalında yayımlanan "Zaurla Günaydın" proqramının qonağı olub.
Bizim.Media xəbər verir ki, aparıcı ilə söhbəti zamanı 81 yaşlı müğənni səhər 11-də yuxudan oyandığını, dərmanlarını içdiyini və 11.30-da səhər yeməyi yediyini deyib.
“Əsasən düyü və yumurta qəbul edirəm” deyən Xalq artisti bir də axşam saat 6-da yemək masası ətrafına oturduğunu bildirib.
O, etiraf edib ki, açıq havaya çıxmır, çünki soyuqlamaqdan qorxur.
Bizim.Media