"Türkiyə Prezidenti ilə görüşün baş tutması xüsusi nümayəndələr tərəfindən aparılan danışıqlar prosesinin nə dərəcədə uğurlu keçməsindən asılıdır".
Bizim.Media "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
N.Paşinyan onlayn mətbuat konfransında qeyd edib ki, Rəcəb Tayyib Ərdoğanla görüşlə bağlı konkret razılaşma yoxdur.
“Belə bir ideya, razılaşma yoxdur. Amma cənab Rubinyanın iştirakı ilə aparılan danışıqlar prosesi uğurla inkişaf edərsə və proses bu nöqtəyə çatarsa, o zaman yüksək və ən yüksək səviyyədə görüşlər olmalıdır”, - deyə N.Paşinyan bildirib.
Bizim.Media