Azərbaycanda 2022-ci ildə sosial müdafiə və sosial təminat üçün dövlət büdcəsindən 3,643 milyard manat xərclənəcək.
Bizim.Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "2022-ci il dövlət büdcəsi haqqında” qanunda əksini tapıb.
Sənədə əsasən, sosial müdafiə və sosial təminat xərcləri ilkin variantla müqayisədə 2,15% çox, 2021-ci ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 1,45% azdır.
Bizim.Media