Rusiyanın Kalininqrad şəhərinin iki balıqçısı Preqolya çayının sahilində iki idman çantasında İkinci Dünya Müharibəsindən qalma insan qalıqları tapıblar.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “Mash” “Teleqram” kanalı yayıb.
Kəllələrdən biri gümü rəngə boyanıb, digəri isə 2014-cü ildə nəşr edilən “Koloboki” yazısı olan qəzetə bükülü olub. Daha dörd kəllə “skotç”la bağlanıb.
Balıqçılar “xəzinələri” polisə təslim ediblər. Yerli İstintaq Komitəsi yoxlamaya başlayıb.
Bizim.Media
