Bu ilin yanvar-noyabr aylarında Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 405 milyon ABŞ dollarından çox olub.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Belarus Dövlət Statistika Komitəsi yayıb.
Mənbə qeyd edir ki, on bir ayda Azərbaycandan Belarusa ixracın dəyəri 291 milyon dollar, idxalın dəyəri isə 114,3 milyon dollar təşkil edib.
Bizim.Media