“1994-cü ildə həlak olan yüzlərlə Azərbaycan əsgərini dəfn etdik. Rəsmi Bakı onların qalıqlarını qaytarmaq istəsə, mən onların dəfn yerini göstərəcəm”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Ermənistan müdafiə nazirinin keçmiş müavini, “Könüllü Veteranlar Alyansı”nın üzvü, “Vətəndaş müqaviləsi” partiyasının deputatı Qaqik Melkonyan jurnalistlərə müsahibəsində səsləndirib.
“Ola bilsin ki, Birinci Qarabağ müharibəsi zamanı həlak olmuş Azərbaycan əsgərlərinin qalıqlarını təhvil verməklə əsirlərimizin qaytarılması ilə bağlı razılıq əldə olunsun”, deyə o, əlavə edib.
Bizim.Media