Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zas Ermənistana səfər edəcək.
Bizim.Media xəbər verir ki, KTMT-nin baş katibi dekabrın 21-23-də Ermənistana səfər edəcək və bu ölkənin ali siyasi və hərbi rəhbərliyi ilə görüşəcək.
Səfər çərçivəsində Stanislav Zasın KTMT Kollektiv Təhlükəsizlik Şurasının sədri, Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü nəzərdə tutulub.
Xarici işlər naziri Ararat Mirzoyan, müdafiə naziri Suren Papikyan və Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla da danışıqlar aparacağı gözlənilir.
Bizim.Media