Ermənistanın pataxtı İrəvanda “Zvartnots” hava limanında partlayıcı qurğunun olması barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub.
Bizim.Media "Sputnik Ermənistan"-a istinadən xəbər verir ki, hava limanına Ermənistan Fövqəladə Hallar Nazirliyinə məxsus yanğınsöndürənlər, kinoloqlar, istehkamçılar, psixoloqlar və xüsusi xilasetmə dəstələri cəlb edilib.
Hazırda hava limanı boşaldılıb, partlayıcı qurğunun axtarışı davam etdirilir.
Bizim.Media
