Bu ilin noyabr ayında Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə dünya ölkələri arasında 2 pillə irəliləyərək 121-ci yerdə qərarlaşıb.
Bizim.Media-nın “Speedtest Global Index”ə istinadən verdiyi xəbərə görə, ötən ay ölkədə sabit genişzolaqlı internetin orta sürəti 16,47 MB/S olub.
Hesabatda qeyd edilir ki, ölkəmiz mobil internetin sürətinə görə də 3 pillə geriləyib və 28,28 MB/S sürətlə 64-cü pillədə qərarlaşıb.
Sabit genişzolaqlı internetin sürəti ilə bağlı dünyanın 181 ölkəsində araşdırma aparılıb.
Bizim.Media