Tanınmış aktyor Taleh Yüzbəyov bir vaxtlar ev kirayəsini ödəyə bilmədiyi üçün nişan üzüyünü satıb.
Bizim.Media xəbər verir ki, bu barədə aktyorun həyat yoldaşı, bloger Xatirə Yüzbəyova paylaşım edib:
“Nişan üzüyünü satmağın nə qədər çətin olduğunu yəqin satanlar başa düşər. Kirə pulunu verə bilməyəndə Talehin üzüyünü satmışdıq. O, bu hadisədən çox pis olmuşdu”, - deyə, X.Yüzbəyova yazıb.
X.Yüzbəyova 35 yaşını qeyd edən həyat yoldaşına üzük hədiyyə verdiyini deyib.
Bizim.Media