Bu gün Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının iclası keçirilib.
Bizim.Media Nazirlər Kabinetinə istinadən xəbər verir ki, iclas Baş nazir, ARDNF-in Müşahidə Şurasının sədri Əli Əsədovun sədrliyi ilə keçirilib.
Müşahidə Şurasının üzvüləri Dövlət Neft Fondunun 2022-ci il üzrə büdcə layihəsini, investisiya siyasətini və digər məsələləri müzakirə ediblər.
Dövlət Neft Fondunun 2022-ci il üçün büdcə layihəsinin Prezidentə təqdim olunması barədə qərar qəbul olunub.
Bizim.Media