Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel dekabrın 14-də Brüsseldə Ermənistan və Azərbaycan liderləri - Nikol Paşinyan və İlham Əliyevlə üçtərəfli görüş keçirəcək.
Bizim.Media TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə bazar ertəsi Brüsseldə jurnalistlərə dekabrın 15-də Avropanın paytaxtında keçiriləcək Şərq Tərəfdaşlığı sammiti ərəfəsində Aİ-nin yüksək vəzifəli nümayəndəsi bildirib.
"Avropa Şurasının prezidenti sabah ilk olaraq Ermənistanın baş naziri və Azərbaycan prezidenti ilə ikitərəfli görüşlər keçirəcək. Sabah axşam isə onlarla üçtərəfli görüş keçirəcək", - o bildirib.
Bizim.Media