Koronavirusun (COVİD-19) yeni "omikron" ştamının aşkarlandığı ölkələrin sayı artıb.
Bizim.Media xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) məlumat yayıb.
Qeyd olunub ki, dekabrın 9-dək koronavirusun sözügedən ştamına yoluxma halları ÜST-nin bütün 6 regionu üzrə 63 dövlətdə qeydə alınıb.
MÖVZU İLƏ BAĞLI:
Səhiyyə Nazirliyindən “Omikron” ştamı ilə bağlı əhaliyə ÇAĞIRIŞ
ÜST rəsmisi: "Azərbaycanda "Omikron" ştammına rast gəlinməyib" - FOTO
Qeyd edək ki, koronavirusun ilk dəfə Afrikanın cənubunda aşkarlanan B.1.1.529 ştamına "omikron" adı verilib.
Bildirilib ki, sözügedən ştamda çox sayda mutasiyalar mövcuddur və digər ştamlardan daha yoluxucu olması ilə bağlı şübhələr var.
Bizim.Media