Türkiyənin "Atv" kanalında yayımlanan "Kalp yarası" serialında növbəti ayrılıq yaşanacaq.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işinə Mahir Günşiray vida edəcək.
"Adnan" obrazına həyat verən aktyor 26-cı bölümdə ölərək serialdan uzaqlaşacaq.
Qeyd edək ki, ekran işində baş rolları Yağmur Tanrısevsinlə Gökhan Alkan paylaşır. Serialın reytinqlərdə gerilədiyi üçün final edəcəyi deyilir.
Bizim.Media