“Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakıdan Moskvaya planlaşdırılan “Boeing-767” təyyarəsinin (J2-181 reysi) uçuşu texniki səbəblərə görə gecikir.
Bu barədə “Azərbaycan Hava Yolları” aviaşirkətindən Bizim.Media-ya məlumat verilib.
Məlumatda bildirilir ki, sözügedən reysin sərnişinləri Moskvaya başqa təyyarə ilə yola düşəcəklər.
Zərurət olduqda, gecikmiş reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq ehtiyac duyduqları hər şeylə təmin olunacaqlar.
Bizim.Media