Lokal toqquşmalar “3+3”ün işinə necə təsir göstərəcək? – POLİTOLOQUN ŞƏRHİ

0:00
0:00

“3+3” mexanizminin yaradılmasında əsas məqsəd lokal konfliktlərin region ölkələri arasında həllinə nail olmaq olsa da, tərəflər arasında problemli məsələlər hələ də qalmaqdadır.

Xüsusən də, Ermənistan-Azərbaycan arasında münaqişə başa çatsa da, gərginlik getdikcə artır və vaxtaşırı şəhidlər veririk.

Bu fikirləri Bizim.Media-ya verdiyi müsahibəsində politoloq Ramiyyə Məmmədova qeyd edib.

Belə ki, “3+3” formatının regional proseslərə gələcək təsirini şərh edən politoloq üzv ölkələr arasında problemli vəziyyətin təhlilinə Gürcüstan üzərindən davam edib: 

“Digər önəmli nüans isə, Gürcüstanın platformanın işində iştirak etməməsidir. Yəni Gürcüstan bu gün Rusiya ilə bir masaya oturmaq istəmir. Abxaziya və Osetiya problemi həll olunmadan Tiflis bu masaya oturmayacaq. Bu isə, platformanın işinə təsirsiz ötüşməyəcək”.

Politoloqun fikrincə, Gürcüstanın yoxluğuna rəğmən, iclas müsbət ab-havada keçib. “Xüsusilə də, Azərbaycan və Ermənistan nümayəndələrinin eyni formatda birgə iştirakı və “3+3” çərçivəsində digər formatlarda müzakirə olunan məsələlərə yenidən qayıdılmayacağını müsbət hal kimi qiymətləndirə bilərik”, deyə müsahibimiz qeyd edib.

Ramiyyə Məmmədova ilk görüşün qarşılıqlı anlayış şəraitində keçməsinə baxmayaraq, gələcək müzakirələrin platformanın işinin effektivliyini daha yaxşı nümayiş etdirəcəyini qeyd edib:

“İndi hələlik ilk görüş keçirildiyindən “3+3”ün regional proseslərə necə təsir edəcəyini proqnozlaşdırmaq çətindir. Növbəti görüşlərin necə nəticələnəcəyi isə, hələlik bəlli deyil. İlk görüşdə gözlənildiyi kimi ümumi təşkilati məsələlər müzakirəyə çıxarılıb. Platformada lokal münaqişələrin həlli müzakirə mövzusuna çevriləndə, yəqin ki, fikir ayrılıqları yenidən meydana çıxacaq”. 

Politoloq yeni platforma çərçivəsində ilk iclasın müsbət tərəflərini bu cür təsnif edib:

- Azərbaycan-İran gərginliyinin sona çatması və tərəflərin yeni mexanizm formatında ilk iclasda birgə iştirakı. Əgər iclas 2 ay öncə olsa idi, yəqin ki, tərəflərin davranışları indiki kimi olmazdı.

- Platformada Türkiyənin aktiv rolu. Çünki artıq Türkiyə Rusiya ilə birgə regionun iki əsas güclü aktorundan biri olduğunu açıq şəkildə ortaya qoyur. Bu isə, Azərbaycan üçün bölgədə yalnız müsbət hal kimi dəyərləndirilə bilər.

- Gürcüstana açıq qapının qoyulması. Bəlkə də, bu dövlətlər Abxaziya və Cənubi Osetiya məsələsinin həlli istiqamətində müzakirələr aparsalar gələcəkdə, Gürcüstan da yeni formata maraq göstərə bilər. 

- Formatın işinin gələcəkdə böyüməsi ehtimalının yüksək olması. Gələcəkdə platforma çərçivəsində enerji, logistika və iqtisadi məsələlərin də müzakirəyə çıxarılması əməkdaşlığı daha da gücləndirə bilər.

Ramiyyə Məmmədova, yeni platformanın Qərbin narahatlığına səbəb olduğuna da diqqət çəkib: 

“Çünki region ölkələrinin, ələxsus da, NATO ölkəsi olan Türkiyənin müstəqil aktor kimi çıxış etməsi, Rusiya ilə birgə bölgədəki problemləri həll etməsi və iqtisadi əməkdaşlığı gücləndirməsi Qərbi narahat edir. Lakin əgər “3+3” lokal toqquşmaların həllində uğurlu ola biləcəksə, eyni zamanda regional inkişafı tətikləyə biləcəksə, bu regionun beynəlxalq miqyasda öz siyasətini diqtə etməsi üçün mühüm rol oynayacaq”.

Murad Əhmədov, Bizim.Media   


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qızıl külçələrini səhvən zibil qutusuna atdı – VİDEO

Qızıl külçələrini səhvən zibil qutusuna atdı – VİDEO

Bakıda 1194 bina qeydiyyata alındı – Yaşayış üçün RİSKLİDİR

Bakıda 1194 bina qeydiyyata alındı – Yaşayış üçün RİSKLİDİR

Günəş nəhəng “smaylik”ə çevrildi – Sevənlərə belə gülümsəyir – FOTO

Günəş nəhəng “smaylik”ə çevrildi – Sevənlərə belə gülümsəyir – FOTO

Tramp: “Ən ideal seçim İranda hakimiyyət dəyişikliyidir” – VİDEO

Tramp: “Ən ideal seçim İranda hakimiyyət dəyişikliyidir” – VİDEO

Prezident İlham Əliyevdən rəqəmsal islahat siqnalı: Əsas diqqət süni intellekt və data potensialına yönəlib

Prezident İlham Əliyevdən rəqəmsal islahat siqnalı: Əsas diqqət süni intellekt və data potensialına yönəlib

Maşınlar üçün "yaş limiti" gəlir — Sürücülərin nəzərinə!

Maşınlar üçün "yaş limiti" gəlir — Sürücülərin nəzərinə!

KİV: “ABŞ ordusu İrana qarşı uzunmüddətli əməliyyatlara hazırlaşır”

KİV: “ABŞ ordusu İrana qarşı uzunmüddətli əməliyyatlara hazırlaşır”

Brilliant Dadaşovanın həyat yoldaşı vəzifəsindən azad olundu – FOTO

Brilliant Dadaşovanın həyat yoldaşı vəzifəsindən azad olundu – FOTO

Tanınmış aparıcı karyerasını bitirdi – FOTO

Tanınmış aparıcı karyerasını bitirdi – FOTO

Türkiyədə hamı bu paranormal hadisədən danışır – VİDEO

Türkiyədə hamı bu paranormal hadisədən danışır – VİDEO

"Göstərir Bakı!" ilə başlayan yeni tarix – Azərbaycan Televiziyasının yaranmasından 70 il ötür

"Göstərir Bakı!" ilə başlayan yeni tarix – Azərbaycan Televiziyasının yaranmasından 70 il ötür

Trampdan İrana növbəti XƏBƏRDARLIQ – FOTO

Trampdan İrana növbəti XƏBƏRDARLIQ – FOTO

Ürəyində qeyd edənlər, lənət oxuyanlar... – Paytaxt sakinlərdən Valentin gününə REAKSİYA – VİDEO

Ürəyində qeyd edənlər, lənət oxuyanlar... – Paytaxt sakinlərdən Valentin gününə REAKSİYA – VİDEO

Bakı məktəbinə direktor təyin olundu

Bakı məktəbinə direktor təyin olundu

Çində yol üzərindəkilərlə birgə çökdü – VİDEO

Çində yol üzərindəkilərlə birgə çökdü – VİDEO

Rayonlara səfərə hazırlaşan sürücülərə MÜRACİƏT

Rayonlara səfərə hazırlaşan sürücülərə MÜRACİƏT

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycan nefti UCUZLAŞDI

Paltar yuyarkən bir çimdik əlavə edin: Hətta ən köhnə corabları belə qar kimi ağardır

Paltar yuyarkən bir çimdik əlavə edin: Hətta ən köhnə corabları belə qar kimi ağardır

Mehdiyev-Kərimli işində yeni audio-video materiallar YAYIMLANACAQ

Mehdiyev-Kərimli işində yeni audio-video materiallar YAYIMLANACAQ

Azərbaycan səması onlara əmanətdir – FOTO

Azərbaycan səması onlara əmanətdir – FOTO

Gedişi də keçdiyi dərs kimi - Tarix oldu+Video

Gedişi də keçdiyi dərs kimi - Tarix oldu+Video

Metyu Uitaker: “Onun bir telefon zəngi Ukraynadakı müharibəni bitirə bilər”

Metyu Uitaker: “Onun bir telefon zəngi Ukraynadakı müharibəni bitirə bilər”

Təyyarədə yumruqlar işə düşdü, təcili eniş etdi - Havada qorxulu anlar - Video

Təyyarədə yumruqlar işə düşdü, təcili eniş etdi - Havada qorxulu anlar - Video

Etibarnamə ilə torpaq alan vətəndaşlara XƏBƏRDARLIQ

Etibarnamə ilə torpaq alan vətəndaşlara XƏBƏRDARLIQ

End of content

No more pages to load

RADİO