“3+3”ün ilk iclası özünü doğrultdumu? – Moskvada verilən önəmli MESAJLAR

Dekabrın 10-da Moskvada “3+3” regional məsləhətləşmələr mexanizminin Azərbaycan, Ermənistan, İran, Rusiya və Türkiyə xarici işlər nazirlərinin müavinləri səviyyəsində təsis iclası keçirilib.

İclas mətbuata qapalı şəraitdə keçirilsə də, sonradan rəsmilərin verdiyi açıqlamalar müzakirələrlə bağlı müəyyən təsəvvürlərin yaranmasına imkan verib.

Bundan əlavə, müzakirələrdə iştirak edən rəsmilərin səsləndirdiyi müsbət fikirlər iclasın uğurlu keçməsi ehtimallarını daha da artırıb.

MÖVZU İLƏ BAĞLI:

“3+3” formatında İLK GÖRÜŞ – Moskvada nələr müzakirəyə çıxarılacaq?


İlk olaraq onu qeyd edək ki, iştirakçı ölkələrin xarici işlər nazirlikləri tərəfindən yayılan bəyanatda müzakirəyə çıxarılan müddəalar öz əksini tapıb.

1. “İclasda regionda etimadın artırılması, iqtisadiyyat və nəqliyyat əlaqələrinin bərpası, yenidən qurulması və genişləndirilməsi sahəsində əməkdaşlığın inkişafına yönəlik fikir mübadiləsi aparılıb”. Bu açıqlamada ilk diqqət çəkən məqamlar təbii ki, regionda etimadın artırılması və nəqliyyat əlaqələrinin bərpası məsələləridir. Sözügedən məsələlərin ilk müzakirələrdən sonra öz əksini tapması “3+3” mexanizminin gələcək fəaliyyətində iki məsələyə; ölkələr arasında normallaşma və regionda bütün tərəflər üçün faydalı olan Zəngəzur dəhlizi, eyni zamanda Şimal-Cənub marşrutunun bərpasının təmin olunmasına mühüm diqqət ayrılacağını deməyə əsas verir.

2. “Müzakirələr ildə ən azı iki dəfə olmaqla rotasiya əsasında iştirakçı ölkələrdə keçiriləcək”. Bu isə platformanın passiv mexanizm olmayacağından xəbər verir. Eyni zamanda bütün ölkələrin ardıcıl olaraq iclaslara ev sahibliyi etməsi hər bir üzvün “3+3”ün işində aktiv iştirak edəcəyinə işarə edir.

3. “Məsləhətləşmələr mexanizminin fəaliyyətinin inkişafından asılı olaraq, daha yüksək səviyyədə görüş və müzakirələr təşkil oluna bilər”. Bu fikirə istinadla onu deyə bilərik ki, tərəflərin yeni mexanizmdən gözləntiləri yüksəkdir. Gələcəkdə yeni format çərçivəsində digər nazirliklər, hətta hökumət başçıları səviyyəsində də görüşlərin keçirilməsi realdır.

4. Gürcüstanın gələcəkdə bu formata qoşulması bütün iştirakçılar tərəfindən təqdir edilib. Rusiya ilə olan anlaşmazlıqlar səbəbindən Kremllə heç bir platformada bir araya gəlməyən, hətta MDB-dən də ayrılan Gürcüstan bu dəfə də ənənəsinə sadiq qaldı. Lakin tərəflər Gürcüstan üçün qapıların hər zaman açıq olduğunu və müzakirələrlə bağlı Tiflisin də məlumatlandırılacağını qeyd ediblər. 

Haşiyə çıxaraq bildirək ki, bölgədə yerləşən dövlət kimi bütün qonşularının qatıldığı regional platformadan imtina etmək Gürcüstan üçün fayda gətirməyəcək. Buna baxmayaraq platformanın işinin uğurlu olması, gələcəkdə Gürcüstanı da fikrindən daşındıra bilər. 

Ümumilikdə isə, Azərbaycanın mərkəzi fiqur olduğu “3+3” platformasının ilk görüşünün keçirilməsini böyük uğur kimi qiymətləndirmək olar.

Çünki regionun əsas oyunçularını bir araya toplayan bir qurumun varlığı hər bir iştirakçı üçün vacib idi. İlk iclasa istinadən, platformanın hələlik verilən proqnozları doğrultduğunu söyləyə bilərik. Və bu istiqamətdən yola çıxaraq gələcək haqqında ehtimalları dəyərləndirsək, “3+3”ün Cənubi Qafqazda sabitliyin təmin edilməsi və iqtisadi əməkdaşlıqların inkişafında mühüm mexanizmə çevriləcəyini proqnozlaşdırmaq olar.  

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qızıl külçələrini səhvən zibil qutusuna atdı – VİDEO

Qızıl külçələrini səhvən zibil qutusuna atdı – VİDEO

Bakıda 1194 bina qeydiyyata alındı – Yaşayış üçün RİSKLİDİR

Bakıda 1194 bina qeydiyyata alındı – Yaşayış üçün RİSKLİDİR

Günəş nəhəng “smaylik”ə çevrildi – Sevənlərə belə gülümsəyir – FOTO

Günəş nəhəng “smaylik”ə çevrildi – Sevənlərə belə gülümsəyir – FOTO

Tramp: “Ən ideal seçim İranda hakimiyyət dəyişikliyidir” – VİDEO

Tramp: “Ən ideal seçim İranda hakimiyyət dəyişikliyidir” – VİDEO

Prezident İlham Əliyevdən rəqəmsal islahat siqnalı: Əsas diqqət süni intellekt və data potensialına yönəlib

Prezident İlham Əliyevdən rəqəmsal islahat siqnalı: Əsas diqqət süni intellekt və data potensialına yönəlib

Maşınlar üçün "yaş limiti" gəlir — Sürücülərin nəzərinə!

Maşınlar üçün "yaş limiti" gəlir — Sürücülərin nəzərinə!

KİV: “ABŞ ordusu İrana qarşı uzunmüddətli əməliyyatlara hazırlaşır”

KİV: “ABŞ ordusu İrana qarşı uzunmüddətli əməliyyatlara hazırlaşır”

Brilliant Dadaşovanın həyat yoldaşı vəzifəsindən azad olundu – FOTO

Brilliant Dadaşovanın həyat yoldaşı vəzifəsindən azad olundu – FOTO

Tanınmış aparıcı karyerasını bitirdi – FOTO

Tanınmış aparıcı karyerasını bitirdi – FOTO

Türkiyədə hamı bu paranormal hadisədən danışır – VİDEO

Türkiyədə hamı bu paranormal hadisədən danışır – VİDEO

"Göstərir Bakı!" ilə başlayan yeni tarix – Azərbaycan Televiziyasının yaranmasından 70 il ötür

"Göstərir Bakı!" ilə başlayan yeni tarix – Azərbaycan Televiziyasının yaranmasından 70 il ötür

Trampdan İrana növbəti XƏBƏRDARLIQ – FOTO

Trampdan İrana növbəti XƏBƏRDARLIQ – FOTO

Ürəyində qeyd edənlər, lənət oxuyanlar... – Paytaxt sakinlərdən Valentin gününə REAKSİYA – VİDEO

Ürəyində qeyd edənlər, lənət oxuyanlar... – Paytaxt sakinlərdən Valentin gününə REAKSİYA – VİDEO

Bakı məktəbinə direktor təyin olundu

Bakı məktəbinə direktor təyin olundu

Çində yol üzərindəkilərlə birgə çökdü – VİDEO

Çində yol üzərindəkilərlə birgə çökdü – VİDEO

Rayonlara səfərə hazırlaşan sürücülərə MÜRACİƏT

Rayonlara səfərə hazırlaşan sürücülərə MÜRACİƏT

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycan nefti UCUZLAŞDI

Paltar yuyarkən bir çimdik əlavə edin: Hətta ən köhnə corabları belə qar kimi ağardır

Paltar yuyarkən bir çimdik əlavə edin: Hətta ən köhnə corabları belə qar kimi ağardır

Mehdiyev-Kərimli işində yeni audio-video materiallar YAYIMLANACAQ

Mehdiyev-Kərimli işində yeni audio-video materiallar YAYIMLANACAQ

Azərbaycan səması onlara əmanətdir – FOTO

Azərbaycan səması onlara əmanətdir – FOTO

Gedişi də keçdiyi dərs kimi - Tarix oldu+Video

Gedişi də keçdiyi dərs kimi - Tarix oldu+Video

Metyu Uitaker: “Onun bir telefon zəngi Ukraynadakı müharibəni bitirə bilər”

Metyu Uitaker: “Onun bir telefon zəngi Ukraynadakı müharibəni bitirə bilər”

Təyyarədə yumruqlar işə düşdü, təcili eniş etdi - Havada qorxulu anlar - Video

Təyyarədə yumruqlar işə düşdü, təcili eniş etdi - Havada qorxulu anlar - Video

Etibarnamə ilə torpaq alan vətəndaşlara XƏBƏRDARLIQ

Etibarnamə ilə torpaq alan vətəndaşlara XƏBƏRDARLIQ

End of content

No more pages to load

RADİO