Milli Məclisdən Kipr təxribatına kəskin etiraz

Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Kipr Respublikasının Nümayəndələr Palatası tərəfindən qəbul edilmiş təxribat xarakterli, həqiqətəuyğun olmayan qətnamə ilə bağlı bəyanat yayıb.

Bizim.Media xəbər verir ki, bəyanatda dekabrın 3-də Kipr Respublikasının Nümayəndələr Palatası tərəfindən “Azərbaycanın ermənilərə qarşı davamlı təcavüzü və Dağlıq Qarabağdakı mövcud vəziyyət” adlı təxribat xarakterli, əsassız və həqiqətəuyğun olmayan qətnamənin qəbul edilməsi ilə əlaqədar kəskin etiraz ifadə olunur.

“Kiprli deputatların nəzərinə çatdırmaq istərdik ki, regionda sabitliyi pozmağa yönəlmiş bu cür təxribatlar 30 il ərzində Azərbaycan ərazisinin 20 faizini qeyri-qanuni olaraq işğal altında saxlayan, bütün Azərbaycan əhalisini etnik təmizləməyə məruz qoyan, Xocalı soyqırımını törədən və bölgəni yenidən xaos və müharibə vəziyyətinə qaytarmağa çalışan qüvvələrə xidmət edir.
 

Müharibəyə son qoyaraq regionda dinc yaşayışın yeni mərhələsinə şərait yaradan, Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən üçtərəfli Bəyanatın imzalanmasından artıq bir il ötür.


Hazırda Qarabağın dirçəldilməsi, məcburi köçkünlərin öz evlərinə qaytarılması, regionda yeni infrastrukturun qurulması ilə yanaşı, xalqlar arasında etimad tədbirlərinin də gücləndirilməsi üçün böyük səylər göstərilir.

Bu gün Azərbaycan bütün səviyyələrdə hər iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması şərti ilə Ermənistanla sülh müqaviləsi imzalamağa hazır olduğunu açıq şəkildə bəyan etdiyi və heç bir şərt olmadan delimitasiya və demarkasiya prosesinə başlamağa hazır olduğu halda buna qarşı çıxan da məhz bu qüvvələrdir.
 

Təəssüflər olsun ki, Kipr Nümayəndələr Palatasının deputatları bu lüzumsuz qətnaməyə səs verərək, özlərini və parlamentlərini dəyərdən salmış, qisas və müharibəyə can atanlarla eyni səviyyəyə qoymuşlar.


Onların regionda sülhün bərqərar olması səylərini dəstəkləmək əvəzinə, sadə insanların dərdindən, iztirabından öz çirkin siyasi oyunlarında istifadə etməyə çalışanların ardınca getmələri təəssüf hissi doğurur.

Sülh və əmin-amanlığa məhəl qoymayaraq, bu cür qərəzli, əsassız qətnamənin qəbul edilməsi regiondakı yeni reallığı dəyişdirmir, əksinə, bu cür qətnamələri qəbul edənlərin özlərinə xələl gətirərək, obyektivliklərinə ciddi şübhə yaradır”, - deyə bəyanatda bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Əsəblərinizi müalicə etmək üçün bahalı dərmanlara pul tökməyin – Bu tərəvəzi yeyin!

Əsəblərinizi müalicə etmək üçün bahalı dərmanlara pul tökməyin – Bu tərəvəzi yeyin!

ADY-dən sərnişinlərə maraqlı hədiyyə - FOTO

ADY-dən sərnişinlərə maraqlı hədiyyə - FOTO

Biləsuvarda transformator partladı, rayonun bir hissəsi İŞIQSIZ QALDI

Biləsuvarda transformator partladı, rayonun bir hissəsi İŞIQSIZ QALDI

Naxçıvanda dəm qazı FACİƏSİ – Bir ailənin altı üzvü...

Naxçıvanda dəm qazı FACİƏSİ – Bir ailənin altı üzvü...

Dünyanın ən gözəl pişiyi “EVLƏNİR” – VİDEO

Dünyanın ən gözəl pişiyi “EVLƏNİR” – VİDEO

Hava KƏSKİN DƏYİŞİR – Güclü külək, yağış...

Hava KƏSKİN DƏYİŞİR – Güclü külək, yağış...

Fransız müxbirin erməni separatçıları ilə bağlı sualına Prezidentdən TARİXİ CAVAB – VİDEO

Fransız müxbirin erməni separatçıları ilə bağlı sualına Prezidentdən TARİXİ CAVAB – VİDEO

“Mingəçevirdən çıxmışam, baxın, indi haralardayam” – Nigar Mirzəliyeva ilə MÜSAHİBƏ

“Mingəçevirdən çıxmışam, baxın, indi haralardayam” – Nigar Mirzəliyeva ilə MÜSAHİBƏ

Valentin həqiqətən müqəddəs olub? – Tarixə sevənlər günü kimi düşən bayramın ƏSL MAHİYYƏTİ

Valentin həqiqətən müqəddəs olub? – Tarixə sevənlər günü kimi düşən bayramın ƏSL MAHİYYƏTİ

ƏHALİYƏ XƏBƏRDARLIQ: Fevralın 15-i axşam saatlarında BAŞLAYACAQ

ƏHALİYƏ XƏBƏRDARLIQ: Fevralın 15-i axşam saatlarında BAŞLAYACAQ

Əli Əsədov məzuniyyətə ÇIXDI

Əli Əsədov məzuniyyətə ÇIXDI

“Milan” səfərdə belə qalib gəldi - VİDEO

“Milan” səfərdə belə qalib gəldi - VİDEO

Enerji böhranı yaşayan Kubaya növbəti AĞIR ZƏRBƏ – VİDEO

Enerji böhranı yaşayan Kubaya növbəti AĞIR ZƏRBƏ – VİDEO

Gündüz yatıb, gecə oyaq qalanlara XƏBƏRDARLIQ – Bu qorxunc xəstəliyin əlamətidir

Gündüz yatıb, gecə oyaq qalanlara XƏBƏRDARLIQ – Bu qorxunc xəstəliyin əlamətidir

Bu işçilər ixtisara düşəndə 2 800 manat MÜAVİNƏT ALACAQLAR

Bu işçilər ixtisara düşəndə 2 800 manat MÜAVİNƏT ALACAQLAR

Qusarda Ukrayna vətəndaşının meyiti tapıldı – ÖZƏL

Qusarda Ukrayna vətəndaşının meyiti tapıldı – ÖZƏL

14 illik övlad həsrətinə qonşulardan xoş sürpriz – VİDEO

14 illik övlad həsrətinə qonşulardan xoş sürpriz – VİDEO

Qızıl külçələrini səhvən zibil qutusuna atdı – VİDEO

Qızıl külçələrini səhvən zibil qutusuna atdı – VİDEO

Bakıda 1194 bina qeydiyyata alındı – Yaşayış üçün RİSKLİDİR

Bakıda 1194 bina qeydiyyata alındı – Yaşayış üçün RİSKLİDİR

Günəş nəhəng “smaylik”ə çevrildi – Sevənlərə belə gülümsəyir – FOTO

Günəş nəhəng “smaylik”ə çevrildi – Sevənlərə belə gülümsəyir – FOTO

Tramp: “Ən ideal seçim İranda hakimiyyət dəyişikliyidir” – VİDEO

Tramp: “Ən ideal seçim İranda hakimiyyət dəyişikliyidir” – VİDEO

Prezident İlham Əliyevdən rəqəmsal islahat siqnalı: Əsas diqqət süni intellekt və data potensialına yönəlib

Prezident İlham Əliyevdən rəqəmsal islahat siqnalı: Əsas diqqət süni intellekt və data potensialına yönəlib

Maşınlar üçün "yaş limiti" gəlir — Sürücülərin nəzərinə!

Maşınlar üçün "yaş limiti" gəlir — Sürücülərin nəzərinə!

KİV: “ABŞ ordusu İrana qarşı uzunmüddətli əməliyyatlara hazırlaşır”

KİV: “ABŞ ordusu İrana qarşı uzunmüddətli əməliyyatlara hazırlaşır”

End of content

No more pages to load

RADİO