Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin təklif etdiyi Cənubi Qafqazda daimi sülh və sabitliyin yaradılmasına xidmət edən "3+3" formatındakı (Azərbaycan, Ermənistan, İran, Türkiyə, Rusiya və Gürcüstan) regional əməkdaşlıq platformasının ilk iclası dekabrın 10-da Moskvada keçiriləcək. Görüşdə adı çəkilən ölkələri xarici işlər nazirinin müavinləri təmsil edəcək.
Azərbaycan Xarici İşlər Nazirliyi 3+3 formatının iclasında iştirakını təsdiqləyib.
Bizim.Media xəbər verir ki, qurumdan verilən məlumata görə, iclasda Azərbaycan tərəfini xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edəcək.
Qeyd edək ki, rəsmi Tbilisi görüşdə iştirakdan imtina edib.
Bizim.Media