Azərbaycan və Fransa səfirləri Soçi görüşünü müzakirə etdilər 

Bu gün Azərbaycanın və Fransanın Rusiyadakı səfirləri Polad BülbüloğluPyer Levin görüşüb. 

Azərbaycanın Rusiyadakı Səfirliyindən Bizim.Media-ya verilən məlumata görə, görüş fransalı səfirin xahişi ilə baş tutub. 

Görüşdə Azərbaycanın səfiri fransalı həmkarı ilə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020-ci ilin 10 noyabr və 2021-ci ilin 11 yanvar tarixli bəyanatlarının müddəalarının icrası ilə bağlı fikir mübadiləsi aparıb.

Eyni zamanda söhbət əsnasında 26 noyabr 2021-ci il tarixində Soçidə keçirilmiş yüksək səviyyəli üçtərəfli görüşün nəticələri müzakirə olunub.

Səfir Pyer Levi qəbula görə təşəkkürünü bildirərək, post münaqişə, xüsusilə də Soçi görüşündən sonrakı vəziyyətə dair ölkəmizin mövqeyi ilə maraqlanıb.

Soçidə baş tutmuş Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüşünə toxunan Polad Bülbüloğlu həmsöhbətinin nəzərinə çatdırıb ki, bu görüş Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması baxımından olduqca vacib görüş olub və məhz liderlərin birbaşa təmasları müsbət nəticə verə bilər.

Daha sonra Fransalı səfir iki ölkə arasında delimitasiya prosesinin detalları barəsində ona məlumat verilməsini xahiş edib.

Həmçinin görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşün sonunda Azərbaycanın Səfiri fransalı həmkarına Heydər Əliyev Fondu tərəfindən nəfis şəkildə çap edilmiş “Zəfər salnaməsi” və “Qarabağ işğaldan əvvəl və sonra” kitablarını hədiyyə edib.

Fransalı Səfir Pyer Levi maraqlı və faydalı görüşə görə öz təşəkkürünü bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Əsəblərinizi müalicə etmək üçün bahalı dərmanlara pul tökməyin – Bu tərəvəzi yeyin!

ADY-dən sərnişinlərə maraqlı hədiyyə - FOTO

Biləsuvarda transformator partladı, rayonun bir hissəsi İŞIQSIZ QALDI

Naxçıvanda dəm qazı FACİƏSİ – Bir ailənin altı üzvü...

Dünyanın ən gözəl pişiyi “EVLƏNİR” – VİDEO

Hava KƏSKİN DƏYİŞİR – Güclü külək, yağış...

Fransız müxbirin erməni separatçıları ilə bağlı sualına Prezidentdən TARİXİ CAVAB – VİDEO

“Mingəçevirdən çıxmışam, baxın, indi haralardayam” – Nigar Mirzəliyeva ilə MÜSAHİBƏ

Valentin həqiqətən müqəddəs olub? – Tarixə sevənlər günü kimi düşən bayramın ƏSL MAHİYYƏTİ

ƏHALİYƏ XƏBƏRDARLIQ: Fevralın 15-i axşam saatlarında BAŞLAYACAQ

Əli Əsədov məzuniyyətə ÇIXDI

Əli Əsədov məzuniyyətə ÇIXDI

“Milan” səfərdə belə qalib gəldi - VİDEO

Enerji böhranı yaşayan Kubaya növbəti AĞIR ZƏRBƏ – VİDEO

Gündüz yatıb, gecə oyaq qalanlara XƏBƏRDARLIQ – Bu qorxunc xəstəliyin əlamətidir

Bu işçilər ixtisara düşəndə 2 800 manat MÜAVİNƏT ALACAQLAR

Qusarda Ukrayna vətəndaşının meyiti tapıldı – ÖZƏL

14 illik övlad həsrətinə qonşulardan xoş sürpriz – VİDEO

Qızıl külçələrini səhvən zibil qutusuna atdı – VİDEO

Bakıda 1194 bina qeydiyyata alındı – Yaşayış üçün RİSKLİDİR

Günəş nəhəng “smaylik”ə çevrildi – Sevənlərə belə gülümsəyir – FOTO

Tramp: “Ən ideal seçim İranda hakimiyyət dəyişikliyidir” – VİDEO

Prezident İlham Əliyevdən rəqəmsal islahat siqnalı: Əsas diqqət süni intellekt və data potensialına yönəlib

Maşınlar üçün "yaş limiti" gəlir — Sürücülərin nəzərinə!

KİV: “ABŞ ordusu İrana qarşı uzunmüddətli əməliyyatlara hazırlaşır”

End of content

No more pages to load

RADİO