"Ermənistan, Azərbaycan və Rusiya baş nazirlərinin müavinlərindən ibarət üçtərəfli işçi qrupu çərçivəsində Arazdəyən - Horadiz dəmir yolunun açılması imkanları müzakirə edilir".
Bizim.Media xəbər verir ki. bu barədə Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan deyib.
"Dəmir yolu ilə bağlı qarşılıqlı anlayış formalaşıb. Danışıqlarımız Arazdəyən-Horadiz xəttinə aiddir. Bu hissə ona görə vacibdir ki, Yeraşxdan İranla və Gürcüstanla əlaqə yaratmağa imkan verir. Beləliklə, bu dəmir yolu xətti regional əhəmiyyətə malikdir”, - deyə Qriqoryan qeyd edib. (TASS)
Bizim.Media