Kommunala və ərzağa bir ayda nə qədər PUL XƏRCLƏYİRİK? – ARAŞDIRMA

Ailə büdcəsini düzgün idarə etmək məsələsində xərclərin nəzərə alınması böyük əhəmiyyət daşıyır. İnsanların ən çox yadında qalan xərcləri kommunal ödənişlərdir. Əsas problemlər də məhz buradan qaynaqlanır. Təcrübə göstərir ki, ailə büdcəsinə zərər gətirən daha çox kommunal və supermarketlərdə çəkilən xərclərdir.  

Bir ayda kommunal və ərzağa nə qədər vəsait xərclənir? 
 

Son vaxtlar ərzaq və qeyri-ərzaq məhsulları, eləcə də kommunal xidmətlərin qiymətləri artıb. Orta qazanclı bir ailə qiymət artımından sonra aylıq tələbatın ödənilməsində çətinliklə qarşılaşır. Təkcə kommunal xərclər minimum əməkhaqqının təxminən 20 faizə qədəri edir. 


Məsələn, 4 nəfərlik ailə üçün qaz, işıq, su, telefon, lift, məişət tullantılarının atılması və internet xidmətləri ilə bağlı ödənişləri qarşılamaq üçün təxminən 300 manat lazımdır.

Fərdi, yəni həyət evlərində otaqların geniş, bu səbəbdən qaz sərfiyyatının çox olması xərci bir qədər də artırır. 

Bizim.Media-ya mövzu ilə bağlı danışan iqtisadçı-ekspert Akif Nəsirlinin sözlərinə görə qış aylarında kommunal xidmət bir qədər çox vəsait tələb edir:

“İndiki şəraitdə iki otaqlı normal mənzili qızdırmaq ayda 100 manatlıq qazdan istifadə lazım olur. Nəzərə alaq ki, indiki qaz limitləri keçib. Kubu 25 qəpikdən gündə 10 kub istifadə edilirsə, görün hara gedib çıxır? İşığa və suya ayrı-ayrılıqda  20 manatdan hesablasaq bu, 140 manat edir.

Mənzil hündürmərtəbəli binalarda yerləşirsə 30 manat xidmət haqqı da var. 4 nəfərlik ailənin aylıq kommunal xərci təxminən 180 manat edir. Hər həftə üçün 500 manatlıq ərzaq hesablasaq, aylıq 2000 manat təşkil edir.

Təkcə kommunal və ərzağa görə ailə ayda təxminən 2200 manat xərcləyir. Burada səhiyyə, təhsil xidməti, geyim, toya və ya yasa getmək kimi xərcləri də nəzərə alsaq, 4 nəfərlik ailənin yaşamı üçün azı 3000 min manat vəsait lazımdır”.

Fərdi evlərdə çəkilən xərcə gəlincə, ekspert mənzillərdə yaşayanlarla müqayisədə onların xərclərinin bir qədər artıq olduğunu deyib:
 

“Həyət evlərində xidmət haqqına görə xərclər çıxmasa da, otaqları qızdırmaq üçün aylıq qaza çəkilən xərc 100 manatdan artıq edir. Bina evləri həyət evləri ilə müqayisədə qaz sərfiyyatına görə daha az xərcə malikdir.


Bəzi evlər də var ki, onlarda istilik yalnız elektrik enerjisi ilə mümkündür. İstənilən halda orta büdcəli ailə üçün sözügedən vəsaitləri ödəmək həddindən artıq çətindir”.

Qeyd edək ki, sosial şəbəkələrdə ən çox narazılıq yaradan və müzakirə edilən məsələ məhz mavi yanacağa qoyulan limitlə bağlıdır. Sosial şəbəkə istifadəçiləri də ay ərzində ən çox xərcin qaza görə çəkildiyini bildirirlər. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Paytaxtın 555 küçəsi yuyulub - FOTO

Paytaxtın 555 küçəsi yuyulub - FOTO

Şəmkirdə 18 yaşlı oğlanın meyiti TAPILDI

Şəmkirdə 18 yaşlı oğlanın meyiti TAPILDI

Münhen klubunu TƏRK EDƏCƏK

Münhen klubunu TƏRK EDƏCƏK

Üç möcüzə üçün BUNU YEYİN

Üç möcüzə üçün BUNU YEYİN

Tramp Müctəba Xameneyi HAQDA: “O, yəqin ki, çox ağır vəziyyətdədir”

Tramp Müctəba Xameneyi HAQDA: “O, yəqin ki, çox ağır vəziyyətdədir”

“Şamaxı”nın legioneri millinin heyətində meydana çıxdı

“Şamaxı”nın legioneri millinin heyətində meydana çıxdı

Gəncədə zəncirvari QƏZA: İki nəfər xəsarət aldı

Gəncədə zəncirvari QƏZA: İki nəfər xəsarət aldı

Elvin Cəfərquliyev finalın ƏN YAXŞISI seçildi

Elvin Cəfərquliyev finalın ƏN YAXŞISI seçildi

Sumqayıtda ana və azyaşlı qızını maşın VURDU

Sumqayıtda ana və azyaşlı qızını maşın VURDU

İsraildə bu şəxslər üçün edam cəzası veriləcək

İsraildə bu şəxslər üçün edam cəzası veriləcək

“Tottenhem” italyan məşqçi ilə ANLAŞDI

“Tottenhem” italyan məşqçi ilə ANLAŞDI

Mayda 14 gün iş yoxdur

Mayda 14 gün iş yoxdur

Azərbaycan və İran XİN rəhbərləri regiondakı son prosesləri MÜZAKİRƏ EDİBLƏR

Azərbaycan və İran XİN rəhbərləri regiondakı son prosesləri MÜZAKİRƏ EDİBLƏR

İran Hörmüz boğazından keçən gəmilər üçün gömrük rüsumları tətbiq etməyi PLANLAŞDIRIR

İran Hörmüz boğazından keçən gəmilər üçün gömrük rüsumları tətbiq etməyi PLANLAŞDIRIR

Rasim Balayevin OĞLU: “Son nəfəsində yanında ola bilmədim” - VİDEO

Rasim Balayevin OĞLU: “Son nəfəsində yanında ola bilmədim” - VİDEO

İranda müharibə nə zaman bitəcək? - Ağ Evdən AÇIQLAMA

İranda müharibə nə zaman bitəcək? - Ağ Evdən AÇIQLAMA

Millimiz Maltaya UDUZDU

Millimiz Maltaya UDUZDU

“"Konum" söhbəti olmayanda yaxşı idi" - Taksi sifarişlərində niyə ünvanlar səhv düşür? - VİDEO

“"Konum" söhbəti olmayanda yaxşı idi" - Taksi sifarişlərində niyə ünvanlar səhv düşür? - VİDEO

Qardaş qardaşı ov tüfəngi ilə QƏTLƏ YETİRDİ

Qardaş qardaşı ov tüfəngi ilə QƏTLƏ YETİRDİ

Azərbaycan millisinə mükafat təqdim olundu - VİDEO

Azərbaycan millisinə mükafat təqdim olundu - VİDEO

“İran Ukraynanı özünə qarşı aqressiyanın iştirakçısı hesab edir”

“İran Ukraynanı özünə qarşı aqressiyanın iştirakçısı hesab edir”

Millimiz FİFA seriyasının qalibi oldu - VİDEO

Millimiz FİFA seriyasının qalibi oldu - VİDEO

Goranboyda AĞIR QƏZA

Goranboyda AĞIR QƏZA

Rusiyada VPN və bloklamaları aşma vasitələrinə qarşı mübarizə ELAN EDİLDİ

Rusiyada VPN və bloklamaları aşma vasitələrinə qarşı mübarizə ELAN EDİLDİ

End of content

No more pages to load

RADİO