Türkiyənin məşhur aktrisası Tuğba Büyüküstünün balmumu heykəli hazırlanır.
Bizim.Media yazır ki, bu heykəl “Madame Tussauds İstanbul”da sərgilənəcək.
Heykəlin hazırlıqlarına artıq başlanılıb. Aktirsa bu barədə öz sosial şəbəkə hesablarında paylaşım edib.
Büyüküstünün 360 dərəcə ilə fotoları çəkilib. Sənətçinin diş quruluşu, saçı, dərisi, göz rəngi kimi xüsusiyyətləri qeyd edilib.
Heykəlin hazırlanması 8 ay çəkəcək və 2022-ci ildə sözügedən muzeydə sərgilənəcək.
Bizim.Media