ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) Azərbaycanda 2022-ci il üçün gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu azaldıb.
Bizim.Media-nın EIA-yə istinadən verdiyi məlumata görə, bu il Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 720 min barel təşkil edəcək ki, bu da noyabrdakı proqnoza bərabərdir.
Qurumun proqnozuna görə, 2022-ci ildə ölkədə gündəlik neft hasilatı artaraq 740 min barel təşkil edəcək (əvvəlki proqnozdan 10 min barel azdır).
Bizim.Media