Gürcüstanda son həftədə sayca 4-cü zəlzələ baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə Gürcüstan Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.
Bildirilir ki, yeraltı təkanlar dekabrın 7-də Tbilisi vaxtı ilə saat 20:02-də azərbaycanlıların yığcam yaşadıqları Dmanisi rayonunun Sameba kəndi yaxınlığında qeydə alınıb.
Məlumata görə, zəlzələnin maqnitudası 3,1 bal gücündə olub. (Sputnik Gürcüstan)
Bizim.Media