Ceyhun Bayramov Diplomatiya Könüllüləri ilə görüşdü - FOTO

Ötən gün Azərbaycanın Xarici İşlər Nazirliyində nazir Ceyhun Bayramovun Diplomatiya könüllüləri sıralarına yeni qoşulmuş könüllülərlə görüşü keçirilib.

Xarici İşlər Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, Beynəlxalq Könüllülər Günü münasibətilə könüllülərlə görüşən nazir, gənclərlə öz fikirlərini bölüşüb, tövsiyələrini verib, onlara fəaliyyətində uğurlar arzulayıb.
 

Nazir Ceyhun Bayramov, dövlət başçısının yüksək diqqəti və təşviqi nəticəsində Azərbaycanda könüllülük fəaliyyətinin geniş yayıldığını bildirib və könüllülərin öz xeyirxah əməlləri ilə cəmiyyətimizin inkişafına töhfə verdiklərini qeyd edib.


Nazir, Azərbaycanda könüllülər hərəkatının bir hissəsi olan "Diplomatiya könüllüləri" qrupunun yeni yaranmasına baxmayaraq, öz fəallıqları ilə seçildiyini söyləyib.

Ceyhun Bayramov Azərbaycan könüllülərinin pandemiya dövründə fəaliyyətinə diqqəti cəlb edərək, cəmiyyətin ehtiyacı olan təbəqəsinə yardım göstərilməsində könüllülərimizin dəyərli töhfəsini vurğulayıb.

Azərbaycan tarixinin şanlı səhifəsi olan Vətən müharibəsi dövründə torpaqlarımızın düşmən işğalından azad olunması uğrunda döyüşlərə könüllü şəkildə qoşulan gənclərimizin, habelə bu dövr ərzində informasiya müharibəsində iştirak edən yüz minlərlə könüllülərin fəaliyyəti nazir Ceyhun Bayramov tərəfindən qürurla və minnətdarlıqla səsləndirilib.
 

Nazir, 44 günlük müharibə nəticəsində Azərbaycanın əldə etdiyi hərbi qələbəsi ilə yanaşı, siyasi müstəvidə qazandığı uğurları, habelə müharibə sonrası regional vəziyyət barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.


Daha sonra, nazir diplomatiya könüllülərinin suallarını cavablandırıb.

Tədbirin sonunda, Vətən müharibəsi iştirakçısı, məzun diplomatiya könüllüsü Sonverdiyev Rahib Sahib oğluna Xarici İşlər Nazirliyi adından simvolik hədiyyə və il ərzində fəaliyyətlərinə görə fərqlənən diplomatiya könüllülərinə təşəkkürnamələr təqdim edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Londonda küçəni Ramazan bayramı üçün belə bəzədilər - FOTO

Londonda küçəni Ramazan bayramı üçün belə bəzədilər - FOTO

Ermənistanın xarici işlər nazirinin müavini azərbaycanlılarla görüşdü

Ermənistanın xarici işlər nazirinin müavini azərbaycanlılarla görüşdü

Azərbaycanda 18 hotelin ulduzu ləğv olunub

Azərbaycanda 18 hotelin ulduzu ləğv olunub

Rəsmi servisdən "Changan" aldı, zavod qüsurlu çıxdı — Aylardır piyada qalıb (VİDEO)

Rəsmi servisdən "Changan" aldı, zavod qüsurlu çıxdı — Aylardır piyada qalıb (VİDEO)

19 bıçaq xəsarəti alan azyaşlı evə buraxıldı

19 bıçaq xəsarəti alan azyaşlı evə buraxıldı

Ağlayaraq efirdən GETDİ – VİDEO

Ağlayaraq efirdən GETDİ – VİDEO

Biləsuvarda elektrik enerjisinin verilişi bərpa olunub

Biləsuvarda elektrik enerjisinin verilişi bərpa olunub

Azərbaycanlı Səbinə toy qızılları ilə yoxa çıxdı - 3 şəhərdə eyni fırıldaq - Video

Azərbaycanlı Səbinə toy qızılları ilə yoxa çıxdı - 3 şəhərdə eyni fırıldaq - Video

Prezident İlham Əliyev Münxendə Bolqarıstan prezidenti ilə görüşüb - FOTO

Prezident İlham Əliyev Münxendə Bolqarıstan prezidenti ilə görüşüb - FOTO

“Qarabağ” “İmişli”yə, “Zirə” “Karvan-Yevlax”a qarşı

“Qarabağ” “İmişli”yə, “Zirə” “Karvan-Yevlax”a qarşı

Ağır beyin əməliyyatı keçirən “Böyük Seva”dan AÇIQLAMA – “Bir həftədir...”

Ağır beyin əməliyyatı keçirən “Böyük Seva”dan AÇIQLAMA – “Bir həftədir...”

Əksər qəbiristanlıqda rast gəlinir – Onlara toxunmaq olarmı?

Əksər qəbiristanlıqda rast gəlinir – Onlara toxunmaq olarmı?

SON DƏQİQƏ! Rusiya və Ukrayna bu məsələdə RAZILIĞA GƏLDİLƏR

SON DƏQİQƏ! Rusiya və Ukrayna bu məsələdə RAZILIĞA GƏLDİLƏR

Sevgililər gününün qoroskopu — Gələcəklə bağlı mühüm qərarlar verməli olacaqsınız

Sevgililər gününün qoroskopu — Gələcəklə bağlı mühüm qərarlar verməli olacaqsınız

Maduronu ələ keçirmək üçün süni intellektdən İSTİFADƏ EDİBLƏR

Maduronu ələ keçirmək üçün süni intellektdən İSTİFADƏ EDİBLƏR

İlham Əliyev Armin Laşetlə GÖRÜŞDÜ – FOTO

İlham Əliyev Armin Laşetlə GÖRÜŞDÜ – FOTO

Millimizin üzvü oynadı, komandası qalib gəldi

Millimizin üzvü oynadı, komandası qalib gəldi

Əsəblərinizi müalicə etmək üçün bahalı dərmanlara pul tökməyin – Bu tərəvəzi yeyin!

Əsəblərinizi müalicə etmək üçün bahalı dərmanlara pul tökməyin – Bu tərəvəzi yeyin!

ADY-dən sərnişinlərə maraqlı hədiyyə - FOTO

ADY-dən sərnişinlərə maraqlı hədiyyə - FOTO

Biləsuvarda transformator partladı, rayonun bir hissəsi İŞIQSIZ QALDI

Biləsuvarda transformator partladı, rayonun bir hissəsi İŞIQSIZ QALDI

Naxçıvanda dəm qazı FACİƏSİ – Bir ailənin altı üzvü...

Naxçıvanda dəm qazı FACİƏSİ – Bir ailənin altı üzvü...

Dünyanın ən gözəl pişiyi “EVLƏNİR” – VİDEO

Dünyanın ən gözəl pişiyi “EVLƏNİR” – VİDEO

Hava KƏSKİN DƏYİŞİR – Güclü külək, yağış...

Hava KƏSKİN DƏYİŞİR – Güclü külək, yağış...

Fransız müxbirin erməni separatçıları ilə bağlı sualına Prezidentdən TARİXİ CAVAB – VİDEO

Fransız müxbirin erməni separatçıları ilə bağlı sualına Prezidentdən TARİXİ CAVAB – VİDEO

End of content

No more pages to load

RADİO