ABŞ yeni növ koronavirusa qarşı peyvəndin tətbiq edilməsini təsdiqləyib.
Bizim.Media xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Qida və Dərman İdarəsi (FDA) məlumat yayıb.
Bildirilib ki, Amerika yerli “Pfizer” və “BioNTech”lə müqavilə imzalayıb.
Peyvəndlərin vurulmasına bu gündən başlanılır. İlkin mərhələdə 6,4 milyon doza vaksin dağıdılacaq, 3 milyon vətəndaşa tətbiq ediləcək.
Bizim.Media