Müğənni Roza Zərgərli sosial şəbəkələrdə onun adından istifadə edən iki şəxsi polisə verib.
Bizim.Media xəbər verir ki, bu barədə o, “Instagram”da video paylaşaraq məlumat verib.
Müğənninin bu addımına səbəb bir falçının onun şəklini “Instagram”dakı səhifələrdən birində "Roza Zərgərliyə cadu etdilər” başlığı ilə paylaşdıraraq, özünü reklam etməsi olub.
Müğənni falçıya zəng edərək "Məndə cadu var? Həmin səhifə mənim şəklimi sənin fotonun yanına qoyanda niyə demirsən?” sözlərini deyib.
Roza Zərgərli insanları belə şəxslərə inanmamağa çağırıb.
Bizim.Media