Cari ilin yanvar-oktyabr aylarında Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 336 milyon ABŞ dollarına yaxın olub.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Belarus Dövlət Statistika Komitəsi yayıb.
Mənbə bildirir ki, on ayda Azərbaycandan Belarusa ixracın dəyəri 233,3 milyon dollar, idxalın dəyəri isə 102,5 milyon dollar təşkil edib.
Bizim.Media