“Güman edirəm ki, Gorus-Qafan yolunda olan azərbaycanlılar yanacağı ucuz qiymətə satacaqlar. Ona görə də erməni tərəfi onların bu ideyalarını həyata keçirməyə mane olmasa, iranlılar ora gedib maşınlarına yanacaq dolduracaqlar”.
Bizim.Media xəbər verir ki, bunu dekabrın 1-də jurnalistlərə müsahibəsində “Ermənistan” blokunun deputatı Vaqe Akopyan deyib.
Akopyan əlavə edib ki, bu yol bir neçə səbəbdən iranlılar üçün cəlbedicidir:
“O, daha genişdir, yüklənməyib və azərbaycanlıların təklif etdiyi ucuz yanacaq var”.
Deputat bildirib ki, Tatev-Ağvan yolunda daim tıxac müşahidə olunur.
Bizim.Media