Türkiyəli aktyor Metin Akpınar "Cem Yılmazın aktyorluğu zəifdir" sözlərinə aydınlıq gətirib.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor Cem Yılmazdan bu səbəbdən üzr istəyib:
"Daha çox reklamlardakı obrazlarını sevmədiyimi demək istədim. Müəllimliyin dozunu qaçırdımsa, Cem Yılmazdan və sevənlərindən üzr istəyirəm".
Qeyd edək ki, 80 yaşlı M.Akpınar indiyədək 40-a yaxın film və seriallarda rol alıb.
Bizim.Media