Ötən gün İranın Yəzd şəhərində həkimlər etiraz mitinqi keçiriblər.
Bizim.Media "Azad İran" Telegram kanalına istinadən xəbər verir ki, onlar ağır iş şəraitinə baxmayaraq, əmək haqlarının aşağı olmasına etiraz ediblər.
Həkimlərin əllərində tutduqları plakatlarda "həkimlərin aylıq maaşları yoxsulluq həddindən də aşağıdır" sözləri yazılıb.
Bizim.Media