Türkiyəli məşhur model-aktyor Kaya Olqar vəfat edib.
Bizim.Media "Haberler.com"-a istinadən xəbər verir ki, 57 yaşında dünyasını dəyişən aktyor uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkirdi.
Qeyd edək ki, Kaya Olqar "Arka sokaklar", "Yedi numara", "Gelinlik kız", "Çılgın Bediş", "Gurur", "İki kız kardeş, "Kavanozdaki ada" kimi məşhur film və seriallarda rol alıb.
Bizim.Media