Əməkdar artist Nigar Şabanova (Qaragözova) instaqramda ünvanına təhqir yazan izləyicidən polisə şikayətçi olub.
Bizim.Media xəbər verir ki, bu barədə muğam ifaçısı sosial şəbəkə hesabında məlumat verib.
“Xəbər səhifələrinin bir neçəsində mənim ünvanıma lazımsız və təhqiramiz sözlər yazdığı üçün həmin insandan şikayətçi oldum. Şərhi yazan izləyicini tapıb qanun çərçivəsində cəzalandırdılar”, - deyə müğənni qeyd edib.
Bizim.Media