Tərtər rayonunun Suqovuşan qəsəbəsində müharibə zamanı öldürülmüş daha bir erməni hərbçinin meyitinin qalıqları aşkarlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə "Sputnik Ermənistan" məlumat yayıb.
Qeyd edilir ki, onun şəxsiyyəti tibbi ekspertizadan sonra müəyyənləşəcək.
Bununla da Ermənistan ordusunun ikinci Qarabağ müharibəsində meyitinin qalıqları tapılmış, itkin düşmüş sayılan hərbçilərinin sayı 1701 nəfərə çatıb.
Bizim.Media