Rusiyanın xarici işlər naziri Sergey Lavrovla erməni həmkarı Ararat Mirzoyan arasında telefon danışığı olub.
Bizim.Media "Sputnik Ermənistan"-a istinadən xəbər verir ki, tərəflər Azərbaycan - Ermənistan sərhədindəki son vəziyyəti müzakirə ediblər.
XİN rəhbərləri 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvarda Azərbaycan, Rusiya prezidentləri və Ermənistan Baş nazirinin imzaladığı üçtərəfli bəyanatlarda göstərilən öhdəliklərin yerinə yertirilməsi istiqamətində görülən işlər barədə də fikir mübadiləsi aparıblar.
Bizim.Media