Ermənistan parlamentinin sədri Alen Simonyan deyib ki, Qarabağı Paşinyan hakimiyyəti deyil, faktiki olaraq Rusiya Azərbaycana təslim edib.
Bizim.Media xəbər verir ki, bu haqda görüntülər “Free news” kanalında yayılıb.
Simonyan dəyirmi masa ətrafında keçirdiyi diskussiyada əlavə edib ki, hətta ölkə əhalisinin böyük əksriyyəti də belə düşünür.
Zalda əyləşən "Komsomolskaya Pravda" qəzetinin xüsusi müxbiri Dmitri Steşinin səsləndirdiyi “Ötən il oktyabrın əvvəlində mən Donbassda könüllülərin birliyinin qurultayında şahidi oldum ki, bir neçə şəxs azərbaycanlılara qarşı vuruşmaq üçün Qarabağa getmək istəyirdi. Ancaq birliyin sədri onlara dedi ki, getməyin, sizi hakimiyyət ora buraxmayacaq” fikirlərlə spiker qətiyyən razılaşmayıb:
“Xeyr, bizim könüllülərə ehtiyacımız yox idi. Hətta müharibə sona çatanda Azərbaycanın nəzarətinə keçən ərazilərdən 25 minə yaxın döyüşçümüzü geri çıxartdıq”.
Alen Simonyan müharibədə uduzmağın əsas səbəbini Türkiyənin Bayraktar pilotsuz təyyarələri ilə əlaqələndirib:
“Onları neytrallaşdırmaq üçün əlimizdə heç bir vasitəmiz yox idi. Həmin müharibəni insanlar deyil, texnika qazandı”.
Bizim.Media