Erməni şahmatçı Levon Aronyan təxribatçı paylaşım edib.
Bizim.Media xəbər verir ki, O, "Facebook" hesabında son qalibiyyətini Qarabağ müharibəsində ölən ermənilərə həsr etdiyini bildirib.
“Zəfərimi Ermənistana, bütün soydaşlarıma, Artsax və Ermənistan uğrunda döyüşən, yaralanan və həlak olan həmvətənlərimə həsr edirəm”, - deyə şahmatçı yazıb.
Qeyd edək ki, L.Aronyan Hindistanın Kəlküttə şəhərində keçirilən yarışda qalib gəlib.
Bir çox ekspertlər bu paylaşımından sonra onun qələbəsinin ləğv edilə biləcəyini deyirlər.
Bizim.Media